General mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn edildi.

General mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn edildi.

General mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev ikinci fəxri xiyabanda dəfn edildi.

İyul ayının 14-ü Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz rayonunda olan sərhəd zonasında şiddətli döyüşlər gedib.Döyüşlər zamanı azərbaycan silahlı qüvvələrinin general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar.

Bu gün qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi Məlumat yayıb.

Mərasimdə prezident administrasiyasının və digər dövlət orqanlarının yüksək rütbəli məmurları iştirak ediblər.

 

Mərasimdə çıxış edən polkovnik Abdulla Qurbani general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin həyat və döyüş yolları barədə məlumat verib.

 

Hərbi Orkestrin ifa etdiyi Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə şəhidlərimiz əsgəri ənənələrə uyğun olaraq yayılım atəşləri altında son mənzilə yola salınıb.

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mərasim zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərimizin ailə üzvlərini və bütün mərasim iştirakçılarına şəhidlərimizin qanının yerdə qalmadığını və bundan sonra da qalmayacağını bildirib.

Allah rəhmət eləsin.